Sizdə “Unlimited” paketlər niyə yoxdur?

Jun 4, 2011   |   by SahilHost   |   Bloq  |  1 Comment

Günlərdən birində bizdən domen alanlardan biri zəng vurub, bizim “unlimited” (limitsiz) hostinq nəyə görə satmadığımıznan maraqlanır. Ona uzun müddət telefonla “limitsiz” hostinqin təbiətdə mövcud olmadığını başa salmaq məcburiyyətində qaldıqdan sonra bu yazını yazmaq qərarına gəldim.

SahilHost-un paketlərini və ya qiymətlərini bəyənməyənlərə ithaf olunur.

Hostinq axtarışı içində olan biri kimi əbədi köməkçimiz Google-a müraciət edib “best hosting” (ən yaxşı hostinq) ya da “cheap hosting” (ucuz hostinq) yazıb hər iki halda hostinq xidməti verən şirkət saytlarının siyahısını verən saytı tapıb daxil oluram. İlk səhifədə “Top 10 Web Hosting — Best Website Hosts 2011” başlığı aldında 2011-ci ilin ən yaxşı hostinq satan saytların siyahısını və xüsusiyyətlərini görürük.

Elə ilk sayta daxil olub cəmi 5.95$-a vəd olunan  ”unlimited” yer və trafikli hostinqi incələyək. Hər bir nemətlə dolu Unlimited hostinq paketlərinə yaxından baxdığımız vaxtı həqiqətən də yer və trafikin limitsiz olaraq verildiyini görürük. Əmma.. Ax bu əmmalar olmasa.

Sol tərəfdəki sual işarələrinə diqqət yetirib, hətta maraqlanıb üzərinə vursaq, belə bir mətnlə qarşılaşırıq ki, “bizim üçün həcm əhəmiyyət kəsb eləmir, biz xidmətin keyfiyyətinə daha çox əhəmiyyət veririk. Əlavə məlumat üçün qaydalara baxa bilərsiz.” Qaydalara baş çəkəndə isə, orada ayrıca “Unlimited Disk Space & Bandwidth” başlığı altında bir bölmə ilə qarşılaşırıq. Həmin yerdə deyilir ki, “biz yer və trafiki saymasaq da, sizə veb-sayt üçün ayrılan yeri faylların saxlanılması və arxivləşdirilməsi qadağandır“.

Eyni bölmədə yazılıb ki, serverə aşırı yük göstərən hostinq sahiblərinə ayrı serverə köçmək (təbii ki bunun qiyməti tamamilə fərqlidir) təklif ediləcəkdir. Ayrıca aşağılarda bir yerdə qeyd olunub ki, yüksək trafik baş versə, trafikə görə aylıq olaraq əlavə pul alınacaqdır.

Təbii ki, bütün bunlar “Unlimited” sözünün reklam məqsədli xarakter daşıdığını açıq şəkildə ortaya çıxardır.

Xəyallarınızı tamamilə dağılması üçün həmin saytın VPS (Virtual hostinq) və Dedicated (Ayrılmış) server bölmələrinə də göz gəzdirməyi məsləhət görürəm. Baxmayaraq ki, bu xidmətlər normal hostinq xidmətindən qat-qaz bahadır, burada yer və trafik limiti açıq şəkildə göstərilib.

Bax, burada hər şey tamamilə şəffafdır. Bu cür şirkətlərdən serverləri alanlar adətan “unlimited” nağıllarına inanmayan həqiqi professionallardır, ona görə də onlarla “oyun” oynamanın mənası olmadığına məlumatlar dəqiq verilmişdir.

Fiziki olaraq bu dünyada limitsiz heç nəyin olmadığını unutmamaq və bu cür vədlərə aldanmamaq lazımdır.

Uğurlar olsun !!!

 

1 Comment

  • Istenilen IT ishcisi bunu ilk baxishda gormelidi zaten. Arashdirmaga ehtiyac yoxdu.

Leave a comment to tahmaz